İsxak Hersoq Trampın İsrailə yardımı dayandırmaq qərarına münasibət bildirib

İsrail prezidenti İsxak Herzoq ABŞ prezidenti Donald Trampın İsrailə 4 milyard dollarlıq hərbi yardımı dondurmaq qərarından əvvəlcədən xəbərsiz olduğunu bildirib.

"The Times of Israel" qəzetinin məlumatına görə, İsxak Herzoq ABŞ yardımının dayandırılmasından narahatlığını belə ifadə edib: "Bu xəbər məni şoka saldı’’.

Prezident vurğulayıb ki, Vaşinqtonla münasibətləri qorumaq üçün növbədənkənar seçkilərdən yayınmaq və qısa müddətdə yeni hökuməti formalaşdırmaq zəruridir.

Xatırladaq ki, Donald Tramp ABŞ-dəki aralıq seçkiləri günü İsrailə nəzərdə tutulan 4 milyard dollarlıq köməyin dayandırılacağını bəyan edərək "Biz artıq İsrailə pul verməyəcəyik" demişdi.

İsrailin KAN telekanalının məlumatına görə, Vaşinqtonun bu gözlənilməz qərarı İsrail Müdafiə Nazirliyi və Silahlı Qüvvələrində şok effekti yaradıb.