Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) vətəndaşları Bakıda svetoforların işində problemlə rastlaşdıqda məlumat verməyə çağırıb.
Mərkəzin məlumatına görə, vətəndaşlar nasazlıqlarla bağlı 24 saat fəaliyyət göstərən 012 590 86 02 telefon nömrəsinə zəng edə bilərlər.
Bildirilib ki, Bakı şəhərindəki svetoforlar NİİM tərəfindən idarə olunur. Paytaxtda yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. Svetoforların iş rejimində problem aşkarlandıqda yol polisinə məlumat verilir, nasazlığın aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə yönləndirilir.
Lakin müşahidə kameralarının olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlardakı nasazlıqları dərhal aşkarlamaq mümkün olmur.
Mərkəz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və nasazlıqların operativ aradan qaldırılması üçün vətəndaşlardan belə hallarla bağlı məlumat vermələrini xahiş edib.