Zəfər və Dövlət Bayrağı günlərində 5 şəhərdə yürüşlər keçiriləcək

Zəfər Günü münasibətilə noyabrın 8-də Bakının altı məkanında hərbi orkestrlər çıxış edəcək. Noyabrın 9-da isə Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər keçiriləcək.

Tədbirlər müdafiə nazirinin təsdiqlədiyi plana əsasən təşkil olunacaq.

Noyabrın 8-də saat 16:00-dan 18:00-dək hərbi orkestrlər Heydər Əliyev parkında (Heydər Əliyev Sarayının qarşısında), Filarmoniya parkında, Fəvvarələr meydanında, Koroğlu, Sahil və Zabitlər parklarında nümunəvi çıxışlar edəcəklər.

Noyabrın 9-da saat 11:00-dan 13:00-dək hərbi qulluqçular orkestrlərin müşayiəti ilə Bakıda beş marşrut üzrə yürüş edəcəklər.

Heydər Əliyev Sarayı → Bülbül prospekti → Nizami Kino Mərkəzi → Neftçilər prospekti → Azadlıq meydanı → Dəniz vağzalı.

Şəhidlər xiyabanı → “Alov Qüllələri” kompleksi → Çəmbərəkənd parkı → “İçərişəhər” metro stansiyası → İçərişəhər Qala Qapısı → Azərbaycan Dövlət Kukla Teatrı → Azneft dairəsi → Bəhram Gur heykəli.

Nərimanov heykəli → Mərkəzi Park → Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı → Qış parkı → Heydər Əliyev Sarayı → Mərkəzi Bank → “28 Mall” ticarət mərkəzi.

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi → Səməd Vurğun küçəsi → Zabitlər parkı → Bakı Dövlət Sirki → Heydər Əliyev Sarayı → İmadəddin Nəsimi heykəli → Neftçilər prospekti.

Q. Musabəyov parkı → Əbdürrəhim bəy Haqverdiyev küçəsi → Hüseyn Cavid prospekti → Hüseyn Cavid parkı → Parlament prospekti → Şəhidlər xiyabanı.

Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda yürüşlər şəhərlərin mərkəzi küçə və prospektlərində keçiriləcək.