Azərbaycanın UEFA reytinqindəki mövqeyi bəlli oldu

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəqiqləşib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunlarından sonra ölkəmizin əmsalı dəyişməyib.

Azərbaycan əvvəlki kimi 24.187 əmsalla 24-cü pillədə qərarlaşıb. İsrail 24.125 əmsalla 25-ci, Ukrayna isə 24.837 əmsalla 23-cü sıradadır.

Reytinq cədvəlinə 107.685 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, “Sabah” IV turda Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə məğlub olub.