Bu ilin əvvəlindən Azərbaycan və Çin arasında ali səviyyəli təmasların yüksək intensivliyi qorunub saxlanılır.
Bu barədə bu gün brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.
O qeyd edib ki, Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, XİN rəhbəri Ceyhun Bayramov və digər yüksək vəzifəli Azərbaycan nümayəndələri Çinə səfərlər ediblər, bu səfərlər çərçivəsində iki ölkə liderləri tərəfindən əldə olunmuş razılaşmaların icrası məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
"May ayında Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Dövlət Şurası Baş nazirinin müavini Çjan Qotsin WUF13 Liderlər Sammitində iştirak etmək üçün Azərbaycana səfər edib. O, Prezident İlham Əliyevlə görüşüb. Bu yaxınlarda XİN rəhbəri Van İ AQEM-in VII sammitində iştirak edib və Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla Çin-Azərbaycan münasibətlərinin və praktiki qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üzrə perspektivləri müzakirə edib", - o bildirib.
Diplomat əlavə edib ki, sentyabr ayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin Azərbaycana səfər ediblər, bu da məhkəmə əməkdaşlığının və partiyalararası əlaqələrin inkişafına yeni təkan verib.
Lu Mey vurğulayıb ki, cari ildə iki dövlət liderlərinin strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri dinamik şəkildə inkişaf edir və əhəmiyyətli potensiala malikdir: "Hər iki ölkənin idarələri və müvafiq qurumları dövlət başçıları tərəfindən əldə edilmiş mühüm razılaşmaların icrası məqsədilə sıx koordinasiya saxlayırlar ki, bu da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və yeni nəticələrin əldə olunmasına kömək edir".