"Sabah" Zinəddinlə yollarını ayırdı

"Sabah" yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə yolları ayırıb.

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən Bakı klubunda çıxış edirdi.