Asim Şahsuvarlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibinin müavini vəzifəsinə təyin olunub.
Bu barədə o, "LinkedIn" hesabında paylaşım edib.
A.Şahsuvarlı 2014-cü ilin sentyabr ayından 2026-cı ilin noyabr ayınadək Nizami Gəncəvi Beynəlxalq Mərkəzində baş mütəxəssis vəzifəsində çalışıb.
O, 2026-cı ilin noyabr ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.
A.Şahsuvarlı Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir.
Mərkəz Bakı şəhərində yerləşir. Ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 20 nəfər üzvdən ibarətdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri vardır. (ümumilikdə 79 üzvlər). Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq prezidenti (1999–2007) xanım Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) Dr.İsmayıl Seragəldin, Baş icraçı direktoru Elnur Əliyevdir.