“Sabah”ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi bəlli oldu

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəqiqləşib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunlarından sonra ölkəmizin əmsalı dəyişməyib.

Azərbaycan əvvəlki kimi 24.187 əmsalla 24-cü pillədə qərarlaşıb. İsrail 24.125 əmsalla 25-ci, Ukrayna isə 24.837 əmsalla 23-cü sıradadır.

Reytinq cədvəlinə 107.685 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, “Sabah” IV turda Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə məğlub olub.