Bakı, 6 noyabr, AZƏRTAC Ölkəmizdə ilk radio verilişinin efirə getdiyi 1926-cı il noyabrın 6-sı Azərbaycan radio və televiziya tarixinin təməl daşı olub. Həmin gündən etibarən 6 Noyabr ölkəmizdə Televiziya və Radio İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.AZƏRTAC bu əlamətdar günlə bağlı Azərbaycan televiziyası və radiosunun keçdiyi inkişaf yoluna nəzər salır.1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün paytaxtın küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir.Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir. Azərbaycan televiziyası və radiosunun keçdiyi inkişaf yolu Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı il fevralın 14-də ilk dəfə verici-qəbuledici vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub. 1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.1997-ci ildə I Respublika və “Araz” radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb. Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır. 2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb. Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV-də proqram sayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləmək imkanı yaradılır. Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.Ölkə ərazisində analoq TV yayımı 2016-cı il dekabrın 20-də tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır. “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Fatmayı - Sumqayıt - Xızı - Dağbilici (Şabran) - Yergüc - Quba istiqamətində, 185 kilometr uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmliyə rekonstruksiyası işləri çərçivəsində baş tutub.2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.“Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür. Azərbaycan televiziyası və radiosu Qarabağda 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, CBC TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərlərini və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonlarını, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir. Qeyd edək ki, teleradio əməkdaşları builki peşə bayramlarını xüsusi əhvali-ruhiyyə ilə qeyd edirlər. Belə ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla Azərbaycan radiosunun 100 illik yubileyi, televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup əməkdaş yüksək dövlət mükafatlarına layiq görülüb.
Bu gün
1815 xəbər bu gün
Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı!" sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tarixinin əsasını qoydu…
Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluğa görə…
Azərbaycanın üçrəngli bayrağı xalqımızın qürur mənbəyi, milli birliyimizin və dövlət müstəqilliyimizin rəmzidir. Bu bayraq təkcə üç rəngdən ibarət deyil. O, xalqımızın azadlıq istəyini, milli kimliyini və gələcəyə olan…
Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ADY-dən Redaktor.az-a verilən...
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandadakı karyerasını başa vurmaq qərarını açıqladıqdan sonra vida matçı keçirmək təklifini rədd edib. “Observador” xəbər verir ki, Portuqaliya Futbol…
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Bu barədə Prezidentin Mətbuat…
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizi tariximizə qızıl hərflərlə …
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva …
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham …
Möhtərəm cənab Prezident! Sizi tariximizin ən şərəfli səhifələrindən biri olan 8 Noyabr …
Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ASAN xidmətmərkəzləri, eləcə də burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə ətraflı…
Yeni taksi sifarişi xidmətində 5 tarif, əvvəlcədən göstərilən qiymətlər və müxtəlif komfort səviyyələri təqdim olunurAzərbaycanda şəhər mobilliyi üzrə...
Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci...
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı...
Baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun artırılması təklif olunur. Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində bir heyvan üçün baytarlıq…
“Ötən ilin fevralından bu günədək 16 ailə yaxınlarının ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verib”. Bu barədə Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə…
Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ADY-dən Bizim.Media-ya verilən məlumata…
“Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da “Diqqət, danışır Bakı!” sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tariximizin əsasını qoydu…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Bu barədə Prezidentin Mətbuat…
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan şəxsləri təbrik edib. O…
Əməkhaqqları artsa da, bazarda qiymətlər də artır. Bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Nəsib…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. ...
Azərbaycan xalqı bu il Vətən müharibəsində qazandığı tarixi Zəfərin 6-cı ildönümünü qeyd edir. 8 Noyabr – Zəfər Günü ölkəmizin tarixində mühüm yer tutmaqla yanaşı, xalqımızın yaddaşında əbədi yaşayacaq qələbənin…
“İndi əsas məsələ əldə edilmiş tarixi nəticələrin davamlılığını təmin etmək, hərbi-siyasi qələbəni uzunmüddətli inkişafın, regional sabitliyin və ictimai rifahın möhkəm təməlinə çevirməkdir”. Bunu Modern.az-a…
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bununla bağlı Prezidentin Mətbuat…
Yığmamızın yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. Bu barədə AFFA məlumat yayıb. Təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu…
Millimizin baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasında Lixtenşteyn və yoldaşlıq oyunu çərçivəsində Andorra millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. "Football-plus.az" AFFA-nın saytına istinadən 27…
“Sabah” fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 26 yaşlı futbolçu 2025-ci ildən…
“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib.Oxu24.com-un əldə etdiyi məlumata görə, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə…
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. Bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz…
Milli Süni İntellekt Mərkəzinin (MSİM) baş direktoru Tuncay Bağırov Böyük Britaniyanın süni intellekt siyasəti və rəqəmsal dövlət idarəçiliyi üzrə ixtisaslaşmış "Oxford Insights" şirkətinin nümayəndələrinə "AI Spotlight…
İrsi qan xəstəliyi olan hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva parlamentin Təbii ehtiyatlar, energetika və…
"McDonald`s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlığı çərçivəsində "Zəfərin varisləri: şəhid və müharibə iştirakçılarının övladları üçün şəxsi inkişaf proqramı"na start verilir. 8 Noyabr – Zəfər…
Bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, büdcə zərfində məqsədli büdcə…
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) "10ların təbəssümü" layihəsi çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil olunub. Bu barədə agentliyin mətbuat xidmətindən…
İki neft tankeri razılaşdırılmamış marşrutlarla Hörmüz boğazından keçməyə cəhd edərkən minaya düşüb partladıqdan sonra alovlanıb. "Al Jazeera"ya istinadən, bu barədə SEPAH-ın bəyanatında bildirilib. İran tərəfinin…
2027-ci ildə Azərbaycanda güzəşt və azadolmaların ümumi məbləği 7,6 milyard manat olacaq. Bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq…
Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı!" sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tarixinin əsasını qoydu…
Laçın, 6 noyabr, AZƏRTAC Zəfər Gününün altıncı ildönümü münasibətilə Laçın rayonunun Bəylik kəndində yerləşən “Bəylik Bağları” ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki…