Oğuzda evdə təmir işləri görən şəxs vəfat edib

Oğuz şəhərində təmir işləri görən şəxs vəfat edib.

Trend-in məlumatına görə, hadisə noyabrın 5-də şəhərin Heydər Əliyev prospektində yerləşən evdə baş verib.

Oğuz şəhər sakini Ramiz Kazım oğlu Əhmədov həmin evdə təmir-suvaq işləri görərkən ürək xəstəliyi ilə əlaqədar vəfat edib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.