Mercedes-Benz E-Class, GLE Hibrid və GLS modelləri xüsusi təklif olunan qiymətlərlə təqdim edilir. 2025-ci il istehsalı olan məhdud sayda avtomobillərə şamil olunan təklif premium Mercedes-Benz modelini xüsusi şərtlərlə əldə etmək imkanı yaradır.
Mercedes-Benz E-Class — biznes sinfinin zərifliyi
Zərif dizaynı, qabaqcıl texnologiyaları və yüksək komfort səviyyəsi ilə Mercedes-Benz E-Class biznes sedanının müasir simasını əks etdirir. İnteryerin hər detalında özünü göstərən diqqətli yanaşma və intuitiv texnoloji həllər gündəlik səfərləri daha rahat və zövqlü edir.
Mercedes-Benz E-Class üçün xüsusi təklif olunan qiymətlər 138.140 ₼-dan başlayır.
Mercedes-Benz GLE Hibrid — performans və səmərəlilik
Mercedes-Benz GLE Hybrid güclü SUV xarakterini hibrid texnologiyanın imkanları ilə birləşdirir. Dinamik sürüş, yüksək komfort və müasir texnoloji həllər modelin həm gündəlik istifadə, həm də uzun səfərlər üçün cəlbedici xüsusiyyətlərini ön plana çıxarır.
Mercedes-Benz GLE Hybrid üçün xüsusi təklif olunan qiymətlər 154.140 ₼-dan başlayır.
Mercedes-Benz GLS — premium SUV təcrübəsi
Əzəmətli dizaynı, geniş və zərif interyeri, yüksək komfort səviyyəsi ilə Mercedes-Benz GLS premium SUV seqmentində seçilən mövqeyə malikdir. Həm sürücü, həm də sərnişinlər üçün düşünülmüş rahatlıq və diqqətlə işlənmiş detallar modelin fərqli xarakterini tamamlayır.
Mercedes-Benz GLS üçün xüsusi təklif olunan qiymətlər 222.140 ₼-dan başlayır.
2025-ci il istehsalı olan məhdud sayda Mercedes-Benz E-Class, GLE Hibrid və GLS avtomobilləri üçün xüsusi qiymətlər 30 noyabr 2026-cı il tarixinədək qüvvədədir.
Ətraflı məlumat, mövcud modellər və təklif şərtləri ilə bağlı Mercedes-Benz-in Azərbaycandakı rəsmi dilerlərinə müraciət etmək mümkündür.
Abşeron Avtomobil Mərkəzi
Heydər Əliyev pr. 191 – *8885
Autostar Kaukasus Azərbaycan
Babək pr. 1145 – *5545