Qızıl və gümüşün qiyməti UCUZLAŞDI

Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiyməti aşağı düşüb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçersləri 1,47% ucuzlaşaraq bir troya unsiyası üçün 4 053,2 dollar təşkil edib.

Gümüşün dekabr fyuçerslərinin qiymətində də 1,67% azalma qeydə alınıb. Nəticədə bir unsiya gümüşün dəyəri 51,5 dollara enib.