Bakı, 6 noyabr, AZƏRTAC Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir: 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;8. Babək prospekti, mərkəz istiqamətində;9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində.