NATO qoşunları inəklərə zərbələr endirdi

NATO-nun hərbi təlimləri nəticəsində Latviyada fermalardan birində inəklər xəsarət alıb.

Bu barədə heyvanların müdafiəsi ilə məşğul olan "Zootēka" təşkilatı "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

“Namejs hərbi təlimlərindən sonra güclü stress və panika nəticəsində fermalardan birində inəklər xəsarət alıb, onlardan biri kritik vəziyyətdədir”, – deyə təşkilatın bəyanatında bildirilir.

Fermerin sözlərinə görə, atəş səsləri inəkləri ciddi şəkildə qorxudub. Panikaya düşən heyvanlar hasarların üstündən tullanmağa başlayıb və nəticədə basabas yaranıb. Təşkilat Latviya Silahlı Qüvvələrinin bu insidentə biganə qalmayacağına ümid etdiyini bildirib.