İşğaldan sonra həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşən kişilərə də "məcburi köçkün" statusu veriləcək.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan və işğaldan sonra arvadının yaşayış yeri üzrə qeydiyyata düşən kişilərə də "məcburi köçkün" statusu və müvafiq vəsiqə veriləcək.
Qeyd edək ki, bundan əvvəl bu hüquq yalnız eyni şərtlərlə ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara şamil olunurdu.