"Xocavənd" komandası "Zəfər naminə - Birlik Kuboku" futbol turnirinin qalibi olub

Ağdamda futbol üzrə keçirilən "Zəfər naminə - Birlik Kuboku"nun qalibi müəyyənləşib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, yarışda Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən 8 komanda iştirak edib.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş yarışı 2 gün davam edən mübarizənin finalında "Xocavənd" və "Agro - Lid MMC" komandaları qarşılaşıb.

Gərgin idman mübarizəsilə keçən qarşılaşmanın yekununda 5:2 hesabı ilə qələbə qazanan "Xocavənd" komandası turnirin qalibi olub. Komandaya kubok təqdim edilib.