Melaniya Tramp “Şahzadə Olqa” ordeni ilə təltif olunub

Ukraynanın ombudsmanı Dmitro Lubinets Ukrayna Prezidenti Volodimir Zelenskinin adından ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa birinci dərəcəli “Şahzadə Olqa” ordenini təqdim edib.

Görüşün görüntüləri Ağ Ev tərəfindən yayımlanıb.

Lubinets mükafatı Melaniyaya təqdim edərkən ona müraciətlə “Xahiş edirəm, fəaliyyətinizi davam etdirin və insanlara dəstək olun”, – deyə bildirib.