Okan Buruk rus qızı ilə eşq yaşayır

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Türkiyə mediasına istinadən, 52 yaşlı mütəxəssisin türk əsilli rusiyalı Ayris Kurteşlə yeni münasibətə başladığı iddia olunur.

Məlumata görə, Okan Burukla Ayris Kurteşin tanışlığına İrfan Sarıoğlu vasitəçilik edib. İddialara əsasən, onların ilk görüşündən sonra münasibətləri yaxınlaşıb və aralarında sevgi münasibəti yaranıb.

Bu iddialar sosial medianın Türkiyə seqmentində müzakirələrə səbəb olub. Bəzi azarkeşlər "Qalatasaray"ın həm Avropada, həm də yerli çempionatda ciddi rəqiblərlə mübarizə apardığını xatırladaraq, ona öz işlərilə məşğul olmağı tövsiyə ediblər.