ABŞ-nin ilk müsəlman senatoru ermənipərəstdir? - Azərbaycandan reaksiya

Amerika Birləşmiş Ştatlarında keçirilən aralıq seçkilər ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. Konqresdə və Senatda siyasi qüvvələr balansının dəyişməsi, yeni senatorların fəaliyyətə başlaması təbii olaraq müxtəlif maraq qruplarının öz mövqelərini gücləndirmək cəhdlərini də artırır.