Azərbaycanda noyabrın 7-dən etibarən dörd günlük tətil başlayacaq.
Qeyri-iş günləri noyabrın 7, 8, 9 və 10-nu əhatə edəcək.
8 noyabr - Zəfər Günü bazar gününə, 9 noyabr - Dövlət Bayrağı Günü isə bazar ertəsinə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar noyabrın 10-u da qeyri-iş günü olacaq.
Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl dörd gün iş olmayacaq. Növbəti iş günü noyabrın 11-dir.