Özündən 40 yaş kiçik sevgilisi olan məşhurlar

Hollivudun tanınmış simaları 60, 70, hətta 80 yaşdan sonra da romantik münasibətləri ilə diqqət çəkirlər. Bəzilərinin sevgilisi özündən 30-40 yaş kiçikdir, digərləri isə uzun illərdən sonra yenidən ailə qurmağa qərar verib.

Lent.az xarici mediaya istinadən yaşlarına baxmayaraq sevgi həyatları ilə gündəmə gələn dörd məşhurun hekayəsini təqdim edir.

Meril Strip

76 yaşlı məşhur aktrisa Meril Stripin aktyor Martin Şortla yaxın münasibətləri Hollivudda uzun müddətdir müzakirə olunur. “Only murders in the building” serialında birlikdə rol alan aktyorların tez-tez bir arada görünməsi onların sevgili olması barədə şayiələrə səbəb olub.

Hər iki sənətçinin 76 yaşı var. Onlar müxtəlif tədbirlərdə və şəxsi görüşlərdə birlikdə görüntülənsələr də, aralarında romantik münasibətin olduğunu rəsmən təsdiqləməyiblər. Martin Şort isə daha əvvəl onların sadəcə yaxın dost olduqlarını bildirmişdi.

Coan Kollinz

93 yaşlı britaniyalı aktrisa Coan Kollinz “Dynasty” serialının ulduzu 2002-ci ildə prodüser Persi Gibsonla ailə qurub. Onların arasında 32 yaş fərqi var.

Buna baxmayaraq, cütlük 24 ilə yaxındır birlikdədir. Kollinz müxtəlif müsahibələrində ailə həyatından məmnun olduğunu bildirib.

Kim Kettrall

Aktrisa 60 yaşdan sonra şəxsi həyatında mühüm qərar verən ulduzlardandır. 70 yaşlı aktrisa 2025-ci ilin dekabrında uzun müddətdir münasibətdə olduğu Rassell Tomasla evlənib.

Londonda baş tutan nikah mərasimində cəmi 12 yaxın qonaq iştirak edib. Kettrall və Tomas 2016-cı ildə tanış olublar. Aktrisanın həyat yoldaşı ondan 14 yaş kiçikdir.

Şer

Yaş fərqi ilə ən çox diqqət çəkən məşhurlardan biri isə müğənni Şerdir. 80 yaşlı sənətçi özündən 40 yaş kiçik musiqi prodüseri Aleksandr Edvardsla sevgilidir.

Cütlüyün sevgisi 2022-ci ildən başlayıb. Aralarındakı böyük yaş fərqi dəfələrlə müzakirələrə səbəb olsa da, Şer bunun münasibətlərinə mane olmadığını bildirib. Müğənni müsahibələrindən birində sevgilisi ilə çox əyləndiklərini və onu sevdiyini açıqlayıb.