Zəngilan rayonunda İşğal və Zəfər Muzeyi Kompleksi inşa ediləcək.
Layihənin ehtimal olunan dəyəri 5 milyon 712 min manat müəyyənləşdirilib.
Tikinti işlərini "Əsaslı Tikinti və Təchizat" MMC həyata keçirəcək.
Qeyd edək ki, lompleksin Zəngilanın işğal dövrünün yaddaşının qorunması, şəhərin azadlığı uğrunda aparılan mübarizənin və Azərbaycanın əldə etdiyi zəfərin gələcək nəsillərə çatdırılması baxımından mühüm məkanlardan birinə çevrilməsi gözlənilir.
Layihənin həyata keçirilməsi Laçında yeni mədəni-tarixi obyektin formalaşmasına, işğal və zəfər tarixinin daha geniş auditoriyaya təqdim olunmasına, həmçinin şəhərin turizm potensialının artırılmasına töhfə verə bilər.