19 yaşlı iş adamının Azərbaycandan çıxışına qadağa qoyuldu

Daha bir iş adamının Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, "Rizalli horeca" və "Rizalii catering" şirkətlərinin dövlət büdcəsi və fondlara ümumilikdə 19 min 964 manat vergi borcu yaranıb. Lakin müəyyən müddət keçsə də, ödənişlər yerinə yetirilməyib.

Borcların ödənilməsi üçün şirkətə dəfələrlə bildirişlər də göndərilib. Son olaraq, aidiyyəti qurum şirkətin 19 yaşlı rəhbəri, Kənan Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması barədə məhkəmədə iddia qaldırıb.

Məhkəmə iddianı təmin edib. Qərara əsasən, K. Məmmədovun qeyd olunan borc tam ödənilənədək Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub.