Bakı, 5 noyabr, AZƏRTAC Paytaxt Bakının gözoxşayan küçə və prospektlərində skuter və digər ikitəkərli nəqliyyat vasitələri ilə hərəkət edənlərə tez-tez rast gəlirik. Şəhərin gözəlliyinə, dinamik həyatına xüsusi ahəng qatan bu nəqliyyat vasitələri sürətli və rahat hərəkət imkanı yaradaraq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Lakin paytaxtın sıx küçələrində onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək, xüsusilə piyada keçidlərində diqqətli olmaq böyük əhəmiyyət daşıyır.AZƏRTAC-ın növbəti fotoreportajında paytaxtın mənzərəli küçələrində ikitəkərli nəqliyyat vasitələrinin hərəkətindən maraqlı görüntüləri təqdim edirik. Fotoqraf – İlkin Cavanşirov