Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək.Oxu24.com-un xəbərinə görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əmək haqqı müəyyən ediləcək:- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda:- həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.Saatlıq əmək haqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.Saatlıq əmək haqqı müəyyən edilmiş işçilərə əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtda ödənilməlidir.Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən əməkhaqqının yaradılmasını hədəfləyən minimum əməkhaqqı bu gün bütün dünyada sosial siyasət alətlərindən biridir. Minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq təşkilatların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.Saatlıq minimum əməkhaqqı tam və natamam iş vaxtı rejimində işləyən İşçilərə əməyin ödənilməsində bərabər rəftarı təmin edir. Saatlıq minimum əməkhaqqı qısamüddətli müqavilə əsasında işə cəlb edilən və ya natamam iş saatında işləyən bəzi işçi kateqoriyaları üçün xüsusilə vacibdir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyinə görə ölkəmizdə tətbiq olunan minimum əməkhaqqı aylıq dövrü əhatə edir və bu zaman da bəzi hallarda işçilərə əmək haqqının məbləği minimumdan aşağı olaraq ödənilir. Belə ki, mövcud əmək qanunvericiliyində işçilərin əməyı vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir və müxtəlif hallarda əməkhaqqının ödənilməsinin fərqli qaydaları nəzərdə tutulur (məsələn, müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi, peşələr əvəz edildikdə əməyin ödənilməsi, hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi, natamam iş vaxtında əməyin ödənilməsi qaydası və s.).Bəzi kateqoriyalı işçilərə saatlıq minimum əməkhaqqının müəyyən edilməsi minimum əməkhaqqına daha çevik yanaşmanı, işçilər arasında bərabər münasibəti, işəgötürənlər tərəfindən əməkhaqqının hesablanması mexanizminin müəyyən edilməsi və sui-istifadə hallarının qarşısının alınmasını təmin edir və işçilərin gözlənilən standart iş həftəsindən fərqli olaraq, həqiqətən işlədikləri saatlara görə maaş almasına imkan yaradırBu xüsusda əmək münasibətlərinin təkmilləşdirilməsi, əməkhaqqı sisteminin çevikliyinin artırılması və işçilər üçün minimum əməkhaqqı təminatlarının gücləndırılməsı məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsina minimum saatlıq əməkhaqqı ila bağlı yeni normalar daxil edilib.Dəyişikliklərə əsasən, qanunvericilikdə aylıq əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı anlayışı da təsbit olunub. Bununla müəyyən iqtisadı fəaliyyət sahələrində çalışan işçilərin əməyinin saatlıq ödəniş sistemi əsasında tənzimlənməsi və hər işlənmiş saat uçun ödənilən əməkhaqqının ölkə üzrə müəyyən edilmiş minimum saatlıq əməkhaqqı məbləğindən aşağı olmamasının təmin edilməsi nəzərdə tutulur.Eyni zamanda, Məcəllədə nəzərdə tutulan qaydada natamam iş vaxtı ilə işləyən və aylıq əməkhaqqı alan işçilərin əməkhaqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməməsi müəyyən edilir.Saatlıq əməkhaqqı sisteminin tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.Müvafiq qaydalara əsasən, qeyd olunan sahələrdə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya iqtisadi fəaliyyət növündən asılı olmayaraq həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.Yeni yanaşma xüsusilə qısamüddətli əmək müqavilələri ilə çalışan və natamam iş vaxtı rejimində işləyən şəxslərin əməkhaqqının faktiki işlənmiş vaxta uyğun hesablanmasına imkan yaradır. Eyni zamanda, hər işlənmiş saat üçün minimum ödəniş təminatının müəyyən edilməsi işçilərin hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edir. Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əməkhaqqının müəyyən edilməsində daha çevik mexanizmin formalaşdırılmasına, əmək münasibətlərinin şəffaflığının artırılmasına və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə töhfə verəcək.Layihənin qəbul edilməsi dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmayacaq.
Bu gün
1982 xəbər bu gün
İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəşt olacaq.
Предлагается разрешить физическим лицам, состоящим на учёте в налоговых органах, вычитать расходы из доходов от сдачи имущества в аренду и применять ставку подоходного налога в размере 20%. Как передает Day.Az, это…
"İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir. APA-ya istinadən, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Государственная пошлина за маркировку баранины и свинины снижается вдвое. Как передает Day.Az, это отражено в предлагаемых изменениях в закон "О государственной пошлине".
Во Франции задержали семь человек по делу о краже шести гравюр Пабло Пикассо. Об этом сообщает "20Minutes", передает Day.Az со ссылкой на Gazeta.ru.
Уточняется перечень мобильных устройств, облагаемых акцизом. Со ссылкой на АПА, это отражено в предлагаемых изменениях в Налоговый кодекс.
Устанавливается новый порядок онлайн-торговли. Как передает Day.Az, это отражено в предлагаемых изменениях в Налоговый кодекс.
Предлагается новый налоговый режим для лотерей и спортивных ставок. Как передает Day.Az, это отражено в предлагаемых изменениях в Налоговый кодекс.
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. APA-ya istinadən, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi)…
Для стимулирования местного производства легковых автомобилей будет предоставлена льгота сроком на шесть лет. Со ссылкой на АПА, это отражено в предлагаемых изменениях в Налоговый кодекс.
Для субъектов малого предпринимательства устанавливается новая льгота. Со ссылкой на АПА, это отражено в предлагаемых изменениях в Налоговый кодекс.
Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
"Gələn il orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır. Amma regionlarda yaşayan insanların əksəriyyəti 640 manatlıq orta pensiya almır, o median pensiya alır. Ona görə bu artımın…
При продаже квартир будет применяться новая налоговая льгота. Как передает Day.Az, это отражено в предлагаемых изменениях в Налоговый кодекс.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə KİV məlumat yayıb. Xəbər yenilənəcək
Устанавливается новый порядок продажи подержанных автомобилей. Как передает Day.Az, это отражено в предлагаемых изменениях в Налоговый кодекс.
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
2027-ci ildə Azərbaycanda yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat təşkil etməsi nəzərdə tutulur.
Президент Турции Реджеп Тайип Эрдоган посетит Азербайджан. Как передает Day.Az со ссылкой на Анадолу, в рамках визита турецкий лидер примет участие в праздничных мероприятиях, посвященных Дню Победы, который отмечается 8…
Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) əməkdaşları Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yüksək vəzifəli əməkdaşı, general Sergey Dukunu saxlayıblar.
Azərbaycan 2026-cı ilin noyabrınadək 900 kiloqram qara kürü ixrac edib. İlin sonunadək bu göstəricinin təxminən iki dəfə artması gözlənilir.
Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin isə 100 manata çatdırılması nəzərdə tuulur. Bəs 100…
Dünən – noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində uşağın anadan…
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan “AİD Group” xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. Redaktor.az APA-ya istinadla...
"Gələn il orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır. Amma regionlarda yaşayan insanların əksəriyyəti 640 manatlıq orta pensiya almır, o median pensiya alır. Ona görə bu artımın…
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Bu barədə Redaktor.az-a idarədən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron...
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq. Redaktor.az-ın xəbərinə görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları...
Vətəndaşlara təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər nəzərə alınır. Belə ki, valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında…
Ermənistan hökuməti Avropa İttifaqının "Customs" və "Fiscalis" proqramlarında iştirakla bağlı sazişlər imzalanması üzrə təklifləri təsdiqləyib Bu barədə "Armenpress" məlumat yayıb…
Braziliyanın Santa-Katarina ştatında güclü fırtınalar, o cümlədən iki tornado baş verib. Bu barədə CNN Milli Meteorologiya İnstitutunun (Inmet) məlumatlarına istinadən xəbər verib. Təbii…
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Binance” şirkəti arasında ölkədə kriptoaktivlər üzrə tənzimləmə çərçivəsinin inkişafı müzakirə edilib. Bu barədə AMB məlumat yayıb. Məlumata əsasən…
Moldova hökuməti qondarma Dnestryanı Moldova Respublikasının prezidenti Vadim Krasnoselskiyə Moskvaya səfəri ilə əlaqədar sanksiyalar tətbiq edəcək. Səfər zamanı ona “Şərəf” ordeni təqdim…
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər etməyi planlaşdırır. "Armenia Today"in yazdığına görə, bunu ermənistanlı Baş nazir keçirdiyi brifinqdə bildirib. Paşinyan BMT-nin…
Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq…
Süni intellektin inkişafının açdığı imkanlardan istifadə etmək üçün Afrika ölkələri təhsil, mənzillə təminat və yoxsulluqla mübarizə sahələrindəki fundamental problemləri həll etməlidir. Bu barədə Afrika İttifaqının…
Xəzərin Su Bioresursları Komissiyasına sədrlik Azərbaycana keçəcək. Bunu Türkmənistanın Xəzər dənizi İnstitutunun müdiri Murad Atacanov I Akvakultura Forumu çərçivəsində panel müzakirələrində deyib. O xatırladıb ki…
Azərbaycanın futzal millisinin DÇ-2028-in əsas mərhələsində bu gün Çexiya ilə Lənkəranda keçiriləcək matçda qalib gəlmək şansı var. Bunu açıqlamasında futzal mütəxəssisi Elman Ələkbərov deyib. O, komandanın hazırlığını…
Bakının Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat…
Dublin-Roma reysi ilə uçan təyyarə bomba barədə daxil olan məlumatdan sonra Normandiyadakı Evryo aviabazasına yönləndirilib. Bu barədə Fransa mediası ölkənin Baş naziri Sebastyan Lekornyunun dəftərxanasına istinadən…
Xarici mətbuata istinadən, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formula 1"…
Gürcüstan Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıdır. Bunu açıqlamasında Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyinin sədri Elene Qubianuri deyib…
Türkiyə kibertəhlükəsizliyin gücləndirilməsi və məlumatların qorunması üçün süni intellektin və yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir. Bunu Türkiyə Prezidenti yanında Kibertəhlükəsizlik İdarəsinin sədr…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 10 ayda 170 minə yaxın şəxsin işlə təmin olunmasına kömək edib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi…