Bakı, 5 noyabr, AZƏRTACSOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) strateji hədəflərindən biri olan yataqların infrastruktur potensialının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İB-dən AZƏRTAC-a bildirilib ki, “Abşeronneft” Neft və qazçıxarma idarəsinin “Qərbi Abşeron” yatağında yeni inşa olunmuş 50 saylı stasionar dəniz özülü istismara verilib. Yeni platformada ilk quyunun qazma, tamamlama işləri uğurla icra edilib və hasilat prosesinə başlanılıb. Ümumilikdə isə, 16 quyunun qazılması nəzərdə tutulub. Qazma və tamamlama işləri müasir texnologiyalar və kompüter proqramları vasitəsilə qurulmuş geoloji model əsasında layihələndirilir və icra edilir.