Baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun artırılması təklif olunur.
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində bir heyvan üçün baytarlıq pasportunun verilmə haqqının 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulub.
Layihədə qoyun və donuz ətinin, eləcə də donuz piyinin üzərinə nişan vurulmasına görə rüsumun 4 manatdan 2 manata endirilməsi də təklif edilir. Baytarlıq şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulan 10 manatlıq rüsum maddəsinin isə ləğvi göstərilir.