Bakı, 5 noyabr, AZƏRTAC Qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxıb.AZƏRTAC xəbər verir ki, Bakı klubu 1/32 final mərhələsinin ikinci görüşündə Danimarkanın "Holte IF" kollektivini sınağa çəkib.Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş təmsilçimizin 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbəsi ilə bitib.Bu nəticədən sonra “DH Volley” 1/16 finala yüksəlib.Qeyd edək ki, komandalar arasında birinci qarşılaşmada "DH Volley" 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycanın voleybol klubu CEV Çelenc Kubokunun 1/16 finalına yüksəlib
Mənbə: azertag.az/xeber/azerbaycanin_voleybol_klubu_cev_chelenc_kubokunun_1_16_finalina_yukselib-4497414