Trampın kabinetindəki 23 nəfər…

ABŞ prezidenti Donald Trampın kabinetində 23 nəfər yer alır.

Seçkili vitse-prezident postunu Ceyms Devid Vens tutur, Ağ ev aparatına Syuzan Uayls başçılıq edir.

Marko Rubio dövlət katibi (xarici işlər naziri), Piter Heqset müdafiə (müharibə) naziri, Tod Blanş ədliyyə naziri (baş prokuror), Duqlas Burqum daxili işlər naziri, Markueyn Mallin daxili təhlükəsizlik naziri, Skott Bessent maliyyə naziri, Şon Daffi nəqliyyat naziri, Kristofer Rayt energetika naziri, Bruk Rollins kənd təsərrüfatı naziri, Hovard Lütnik ticarət naziri, Skott Turner tikinti və şəhər inkişafı naziri, Keyt Sonderlinq əmək naziri, Linda Makmen təhsil naziri, Robert Kennedi səhiyyə və sosial xidmətlər naziri, Duqlas Kollins veteranlarla iş naziridir.

Medianews.az bildirir ki, qalan vəzifələrdə bu şəxslər çalışır: Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Con Ratkliff, Milli Kəşfiyyatın direktoru – Cey Kleyton, İnzibati-Büdcə İdarəsinin direktoru – Rassel Vout, Kiçik Biznes Administrasiyasının rəhbəri – Kelli Leffler, ticarət nümayəndəsi – Ceymison Qrir, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi – Li Zeldin.

1946-cı il təvəllüdlü Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür.

2016-cı ilin prezident seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb.

2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə yenilərək 2021-ci il yanvarın 20-də postunu tərk edib.

2024-cü ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Kamala Harrisi udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.