Velkopolski şəhərində Polşanın və Cənubi Koreya şirkətləri tərəfindən birgə müəssisənin tikintisinə başlanılıb.
Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Zavodda HOMAR-K çoxsaylı buraxılışlı raket sistemləri üçün sursatlar da daxil olmaqla, idarə olunan raketlər istehsal ediləcək.
Çərşənbə günü, 4 noyabr tarixində müəssisənin təməlqoyma mərasimində Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka iştirak etdi.
Layihə Polşa və Cənubi Koreya arasında sənaye əməkdaşlığının inkişafını, texnologiya transferini və idarə olunan raketlərin genişmiqyaslı istehsalını nəzərdə tutur.
Raketlər əsasən HOMAR-K sistemləri də daxil olmaqla Polşa silahlı qüvvələri üçün nəzərdə tutulacaq. Gələcəkdə layihə müttəfiq ölkələrin bazarlarına məhsulların tədarükünə imkan verəcək.