Gəncədə "BMW" kuryeri vurub

Gəncədə mopet idarə edən kuryer "BMW" markalı maşınla toqquşub.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 27 yaşlı Raqif Mahmudi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kuryer Gəncə şəhərində yerləşən Abbas Səhət adına Birləşmiş Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.