ABŞ Prezidenti Donald Tramp ona qarşı impiçment prosedurunun başlanması ehtimalını ciddi təhlükə hesab etmədiyini bildirib. O, demokratların belə bir addım atacağı təqdirdə öz partiyalarına böyük zərbə vuracaqlarını düşünür.
Tramp jurnalistlərin bu barədə sualına belə cavab verib:
“Zərrə qədər də narahat deyiləm. Düşünürəm ki, demokratlar bunu etsələr, partiyasını məhv edərlər. Axı nəyə görə? Ölkəni uğurla idarə etdiyimə görə?”.