Polad Həşimovun anasının səhhətində problem yarandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

Medianews.az-a istinadən, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

"Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var".