Ceyran Qəhramanovaya vəzifə verildi

Füzuli Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. Oxu.az-a istinadən, bu vəzifə Ceyran Vaqif qızı Qəhramanovaya həvalə edilib.Qeyd edək ki, Ceyran Qəhramanova bu təyinatadək həmin xəstəxananın Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.