Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Koreya Respublikasından qayıdarkən Azərbaycanın hava məkanına daxil olduqdan sonra pilot dispetçerlə əlaqə saxlayıb.
AZƏRTAC xəbər verir ki, pilot Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına ünvanladığı səmimi arzuları çatdırıb.
Mesajda deyilir:
"Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti".