"Azərbaycan var olsun, istəməyən kor olsun" - İranda şüarlar səsləndi - Video

İranın Qərbi Azərbaycan əyalətinin Güney Urmiya şəhərində keçirilən voleybol qarşılaşması zamanı azarkeşlər şüarlar səsləndiriblər.

“Durnalar Yuvası” idman kompleksində "Şəhrdari-ye Azərbaycan" və Tehranının “Peykan” komandaları arasında keçirilən oyun zamanı tribunlardan “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Astara-Heyranım, gözəl Azərbaycanım!” və “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarları səsləndirilib.

Azarkeşlər, həmçinin ana dilində təhsil tələbi ilə “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndiriblər.