Son günlər saxta Azərbaycan manatlarının dövriyyəyə buraxılması ilə bağlı vətəndaşlardan şikayətlər daxil olur.
Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Şikayətçilərdən biri saxta olduğu iddia edilən 20 manatlıq əskinasın görüntüsünü redaksiyamıza göndərib.
Vətəndaşların sözlərinə görə, belə halların artması insanlarda narahatlıq yaradıb. Onlar alış-veriş zamanı aldıqları əskinasların həqiqiliyinə əmin olmaqda çətinlik çəkdiklərini bildirirlər.
Instagram paylaşımıinstagram.com/reel/DfVJbAkR-kd/