Məryəm Üzərli ilk dəfə Bakıda

Türkiyəli aktrisa, "Möhtəşəm yüz il" ("Muhteşem Yüzyıl") tarixi serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə dünya şöhrəti qazanan Məryəm Üzərli ilk dəfə Bakıya gəlib.

1news.az-a istinadən, aktrisa baş qadın rolunu canlandırdığı "İmroz'da Bahar" filminin premyerasında iştirak etmək üçün Azərbaycana səfər edib.

Filmin premyerası Bakıda keçirilir.