Sabah bu rayonda qaz olmayacaq

Sabah Şəki rayonunun Şorsu kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 5-də saat 10:00-dan işlər başa çatanadək Şorsu kəndinin qaz təchizatı dayandırılacaq.