Göyçayda baş verən qəzanın

Xəbər verdiyimiz kimi, Göyçayda yol qəzası olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, elektrik dirəyinin zədələnməsi səbəbindən 10-a yaxın kəndin elektrik enerjisi təchizatı dayanıb. Bir müddət sonra isə kəsilən elektrik enerjisinin verilişi bərpa olunub.

Hadisənin videosunu təqdim edirik: