İranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə yürüşlər keçirilib - FOTO

Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə yürüş keçirilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, 1979-cu il noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinin tələbələr tərəfindən ələ keçirilməsinin ildönümü münasibətilə İranda, o cümlədən paytaxtda yürüşlər keçirilib.

Yürüş iştirakçıları ABŞ əleyhinə şüarlar səsləndiriblər.

“Qlobal imperializmlə mübarizənin milli günü” adı verilən bu tədbir hər il Tehranda ABŞ-ın keçmiş səfirliyinin qarşısında keçirilir.

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də “İmam xəttinin davamçıları” kimi tanınan tələbələr İranın sabiq şahı Məhəmməd Rza Pəhləvinin ABŞ tərəfindən qəbul edilməsinə etiraz olaraq Tehrandakı ABŞ səfirliyini ələ keçiriblər. Səfirliyin əməkdaşları tələbələr tərəfindən girov götürülüb.