Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda IV turda səfərdə Norveç təmsilçisi "Vikinq"lə qarşılaşıb.
"Sandnes Ulf Arena"da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti matçını noyabrın 25-də "Barselona"ya qarşı keçirəcək. Bakı təmsilçisi daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandalarına məğlub olub.