Ağdam, 5 noyabr, AZƏRTAC Ağdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər naminə – Birlik Kuboku” adı altında Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən komandalardan ibarət mini futbol turniri keçirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə “Ağdam”, “Füzuli”, “Xocavənd”, “Mübariz”, “İmarət”, “Ağdam Təhsil”, “Zəfər Bağları MMC” və “Agro- Lid MMC” olmaqla, ümumilikdə 8 komanda iştirak edir.Turnirin keçirilməsində əsas məqsəd Zəfər Gününün ruhuna uyğun olaraq birlik və həmrəyliyin təşviqi, müxtəlif müəssisə və təşkilatların əməkdaşları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir. Müxbir - Tahir Ağaməmmədov
Ağdamda Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə start verilib
Mənbə: azertag.az/xeber/agdamda_zefer_gunune_hesr_olunmus_mini_futbol_turnirine_start_verilib-4497000