Naxçıvan, 5 noyabr, AZƏRTAC Artıq altı aydır ki, Böyük Britaniyanın Azərbaycandakı səfiriyəm. İlk rəsmi səfərim Qarabağa, ikinci rəsmi səfərim isə Naxçıvana oldu. İkinci səfərim üçün Naxçıvanı seçməyimin səbəbi, əlbəttə ki, bu torpağın Ümummilli Lider Heydər Əliyevin vətəni olmasıdır. Burada olduğum müddətdə bir sıra yüksəksəviyyəli görüşlər keçirdim. Dəmir yolu stansiyasına baş çəkərək dəmir yolu qurumlarının nümayəndələri ilə də söhbət etdim. Həmçinin saraylar və muzeylər də daxil olmaqla bir sıra mədəniyyət məkanlarını ziyarət etdim və Naxçıvan haqqında çox şey öyrəndim.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Naxçıvana səfəri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.Səfir qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan, xüsusilə də Naxçıvan arasında əməkdaşlıq üçün dörd əsas istiqamət var. Birincisi, infrastruktur, xüsusilə dəmir yollarıdır. Bu gün Böyük Britaniyanın layihələrin idarə olunması, dəmir yollarının modernləşdirilməsi və siqnalizasiya sistemləri kimi sahələrdə təcrübəsindən istifadə imkanlarını müzakirə etdik. Böyük Britaniya Naxçıvanın yaşıl enerji sahəsində inkişafına da dəstək verməkdə maraqlıdır. Buraya elektrik enerjisi interkonnektorları və Günəş enerjisi daxildir. “Bildiyimə görə, Naxçıvan ildə 250 gün günəşli olur. Bu gün həmin günlərdən biri olmasa da, ümumilikdə Naxçıvan Günəş enerjisi üçün çox əlverişli məkandır. Beləliklə, enerji ikinci əməkdaşlıq istiqamətidir. Turizm sahəsinə də diqqət yetiririk. Son iki gün ərzində gördüyüm möhtəşəm muzeylər və mədəniyyət məkanları məndə belə bir əminlik yaradıb ki, Naxçıvan mühüm turizm mərkəzinə çevrilə bilər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində də necə dəstək göstərə biləcəyimizi araşdırırıq.Böyük Britaniya və Azərbaycanın Naxçıvanda birlikdə işləməsi üçün çoxsaylı imkanlar mövcuddur. Bu əməkdaşlıq artıq Britaniya şirkətlərinin iştirakı ilə başlayıb. Burada fəaliyyət göstərən “Chapman Taylor” şirkəti şəhərin 20 illik Baş planını hazırlayacaq və onsuz da gözəl olan Naxçıvanı gələcəyə uyğun şəkildə inkişaf etdirməyə kömək edəcək. Bu, iki ölkənin əməkdaşlığının yaxşı nümunəsidir. İnanıram ki, qarşıdakı aylar və illər ərzində belə nümunələrin sayı daha da artacaq", - deyə D.Norman vurğulayıb.Səfirin sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlər BP şirkətinin bu əlaqələrin təməl daşı olduğu dövrdən başlayıb: “BP bu gün də münasibətlərimizdə mühüm rol oynayır. Lakin əməkdaşlığımız artıq yaşıl enerji, digər kommersiya əlaqələri və investisiyalar kimi sahələri də əhatə edir. Müdafiə və təhlükəsizlik məsələlərində də birlikdə çalışırıq. Enerji sahəsi hələ də vacibdir, amma münasibətlərimizin digər istiqamətləri də genişlənib. Azərbaycanın müstəqil və özünəinamlı dövlətə çevrildiyini, regionda müstəqil siyasət yürütdüyünü görmək çox sevindiricidir. Azərbaycan getdikcə daha böyük uğurlar qazanır və onun yaxın tərəfdaşı olmaq bizim üçün çox önəmlidir. Biz Azərbaycanla çox yaxın tərəfdaşıq və qarşıdakı illərdə əlaqələrimizi daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik".O qeyd edib ki, Böyük Britaniyanın “Chevening” adlı təqaüd proqramı var. Bu proqram magistratura təhsili almaq istəyən tələbələrə Böyük Britaniyada təhsil imkanı yaradır və müraciət etmək mümkündür. Eyni zamanda, Azərbaycanın özünün Dövlət Proqramı da mövcuddur. Bu il xaricdə təhsil almaq üçün seçilən tələbələrin 61 faizi Böyük Britaniyanı seçib. “Chevening” proqramına gəlincə, onun imkanlarının genişləndirilməsi nəzərdən keçirilir və gələn il bu proqram çərçivəsində tam maliyyələşdirilən tələbələrin sayı builkindən bir qədər çox olacaq. Bu, Azərbaycanın müstəqillik əldə etməsindən bəri həyata keçirilən çox mühüm proqramdır.Səfir bildirib ki, sülh prosesi olduqca vacibdir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region və daha geniş mənada dünya üçün əhəmiyyətlidir. Bütün sülh sazişlərində olduğu kimi, bu proses də ikitərəfli qaydada həyata keçirilməlidir. Azərbaycanın və Ermənistanın bunu əsasən öz aralarında, dostlarının dəstəyi ilə həyata keçirməsi düzgün yanaşmadır. Böyük Britaniya bacardığı qədər kömək etməyə və bu prosesi dəstəkləməyə çox maraqlıdır. "Mən Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını və daha sonra bu tərəfdaşlığın real nəticələr verməsini görmək istəyirəm. Daha sıx əməkdaşlıq etməyimizi, daha böyük nailiyyətlər əldə etməyimizi, investisiya, ticarət və kommersiya əlaqələrimizi gücləndirməyimizi arzulayıram. Həmçinin bütün dünyada hamımıza təsir edən məsələlərdə daha yaxından əməkdaşlıq etmək istəyirik. Son 35 ildə olduğu kimi, bundan sonra da yaxın tərəfdaş olmağımızı, qarşıdakı 35 il üçün isə daha sıx tərəfdaşlığın əsasını qoymağımızı istəyirəm", - deyə D.Norman əlavə edib. Müxbir- Nail Əsgərov
Bu gün
3482 xəbər bu gün
"Expressbank" ASC-nin Anım Günü münasibətilə "Crambone" reklam agentliyi ilə birgə hazırladığı "Yağış yuyur, gün qurudur" imic çarxı "Felis 2026" müsabiqəsində iki kateqoriya üzrə qalib seçilib. Beləliklə, bank yaradıcı…
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 5-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə metronun "İçərişəhər" stansiyasında şanlı Qələbəyə həsr olunmuş "Zəfər arzuları"…
Zaqatala, 5 noyabr, AZƏRTAC Vətənimizin azadlığı, ərzi bütövlüyü uğrunda canlarından keçən Zaqataladan olan şəhidlərin əziz xatirəsinə sərgi təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala Rayon İcra…
London, 5 noyabr, AZƏRTAC İngiltərə Bankı əsas faiz dərəcəsini 4 faizə yüksəldib.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, son üç ildən çox müddətdə faiz dərəcəsinin ilk artırılmasıdır. Qərar bankın Pul Siyasəti…
Bakı, 5 noyabr, AZƏRTAC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 5-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə metronun “İçərişəhər” stansiyasında şanlı Qələbəyə həsr…
Lənkəran, 5 noyabr, AZƏRTACDünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisi ilk ev oyununu keçirib.AZƏRTAC xəbər verir ki, XII qrupda yer alan yığmamız Lənkəran Olimpiya İdman…
Bakı, 5 noyabr, AZƏRTAC Azərbaycan Dillər Universitetində (ADU) “ABŞ seçkiləri: sonra nə olacaq?” mövzusunda müzakirə keçirilib. Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Müzakirədə ADU-nun fəxri professorları Mixail…
Bakı, 5 noyabr, AZƏRTAC Noyabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlim təşkil…
Bakı, 5 noyabr, AZƏRTAC Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Mikromaliyyə Mərkəzinin (MFC) baş icraçı direktoru Katarina Pavlak ilə görüşüb.AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda…
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizi 8 Noyabr - Zəfər Günü …
Китай правильно определил главные проблемы своей экономики. Коммунистическая партия признаёт, что страна чрезмерно зависит от инвестиций и экспорта, а хронически слабое потребление населения представляет основную...
50-летняя Криста Пайк, пережившая неудачную казнь с помощью смертельной инъекции, обратилась в федеральный суд США, чтобы предотвратить перевод в тюремное отделение, где она находилась до...
İspaniya çempionu “Barselona” braziliyalı hücumçu Rafinya ilə müqavilənin müddətini uzatdığını açıqlayıb. Bizim.Media xəbər verir ki, 29 yaşlı futbolçunun Kataloniya klubu ilə yeni müqaviləsi 2030-cu il iyunun 30-dək…
Cümə axşamı Avropada 12 aviareys bomba partlayışı ilə bağlı təhdid mesajlarının hədəfinə çevrilib. Bir neçə təyyarəni qırıcılar müşayiət edib, iki reys isə ehtiyat aerodromlara yönləndirilib. Bu barədə AFP məlumat yayıb…
Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin həyatı və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, deputatlar, media və ictimaiyyət…
İtaliya Ukraynaya yeni hərbi yardım paketinin hazırlanmasını başa çatdırır. Bu, 2026-cı ildə ilk, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri isə 13-cü paket olacaq. Reuters bu barədə vəziyyətlə tanış olan…
TRIPP layihəsi İran üçün “qırmızı xətt” olaraq qalır. Bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib. O, həmçinin qeyd edib ki, Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni…
Xəbər verdiyimiz kimi, Anar Bayramovun nazir təyin edilməsi ilə Səhiyyə Nazirliyində dəyişikliklər davam edir. Bizim.Media-nın əldə etdiyi məlumata görə, şöbənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Hacıyev də…
Bakıda yollardakı vəziyyət açıqlanıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən, hazırda 1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20…
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yunanıstanın daxili işlər nazirinin müavini Paraskevi Xaralamboyanni ilə görüşüb. Görüşdə rəqəmsal inkişaf istiqamətində ölkələrimiz arasında əməkdaşlıq…
Sakini olduğu rayonun işğalından sonra məcburi köçkün statusu olan şəxs tərəfindən övladlığa götürülən və bu statusu olmayan şəxslərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə veriləcək. Bu dəyişiklik “Məcburi…
Məcburi köçkün statusu olan valideynlərini itirmiş şəxslər bu statusu almaq üçün əvvəlcədən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etməli olmayacaqlar. Bu dəyişiklik “Məcburi köçkün” statusunun və onu…
Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Hacıyev işdən çıxarılıb. Bu barədə Bizim media məlumat yayıb. Onun öz istəyi ilə işdən azad edildiyi bildirilir. Səhiyyə Nazirliyinin Media və…
PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü…
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev bir neçə media nümayəndəsini təltif edib.Oxu24.com bildirir ki,3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunanlar sırasında jurnalist Aida Eyvazlı da var.Təltif olunan jurnalist…
İspaniyanın "Portonovo 1979" klubunun futbolçusu Xorxe Komesanya veteranların matçında 18 yaşlı hakim Alexandro Nine Falkona hücum etdiyinə görə 1 illik disvalifikasiya olunub. "Diario de Pontevedra" nəşrinə istinadən…
Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında münasibətlərdə yeni gərginlik yarana bilər. Təşkilatın Baş katibi Taalaibek Masadıkov Rusiyanın Ermənistanla bağlı xüsusi qərar layihəsi…
8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə “Zəfər Payı” xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbüs…
Türkiyəli müğənni İrem Derici nişanlısı Melih Kunukçu ilə toyunun detalları barədə danışıb. Ifaçı nikahın dekabrda baş tutacağını bildirib. Müğənni təmtəraqlı mərasim istəmədiklərini, nikahın evlərinin həyətində…
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib…
Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi küçkün statusu ala biləcəklər. Bununla bağlı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq…
Azərbaycanda bəzi cərimələr azaldılır. Sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan…
Rayonun işğalından sonra doğulmuş uşaqlara (xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlara daimi qeydiyyata düşmüş valideynlər istisna olmaqla) məcburi köçkün statusu…