2027-ci ildə kənd rayonlarındakı məktəblərə işə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması planlaşdırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Tədbirlər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12,6 mindən çox gənc mütəxəssisi əhatə edir.
Vəsait onların yol və əmlakın daşınması xərclərinə, ilkin yaşayış şəraitinin yaradılmasına, kommunal xidmətlər və yaşayış yerinin kirayəsi üzrə kompensasiyalara, həmçinin aylıq əməkhaqqına əlavələrin ödənilməsinə yönəldiləcək.