Bakı, 4 noyabr, AZƏRTAC 2026-cı ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 401 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 88 milyon dollar əsaslı məsrəflər xərclənib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyat məsrəfləri 3,3 faiz və əsaslı məsrəflər 19,3 faiz artıb. AZƏRTAC bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı üçüncü rüb ərzində davam edib.AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası bu ilin üçüncü rübü ərzində davam edib. Paralel olaraq, 2027-ci ilin yanvarında başlanması planlaşdırılan üçüncü il üçün məlumat toplanması işlərinə hazırlıqlar davam edib.Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramı üçüncü rübdə təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanıb. Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilib. Mərkəzi Azəri platformasında həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi də üçüncü rübdə uğurla tamamlanıb. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20 faiz artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək. Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, yerinə yetirilib. Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılmasına və əməliyyat çevikliyinin gücləndirilməsinə dəstək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilib. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilib və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanıb.2026-cı ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (18 min 800), “Mərkəzi Azəri” (84 min 600), “Qərbi Azəri” (72 min), “Şərqi Azəri” (45 min 700), “Dərinsulu Günəşli” (46 min 700), “Qərbi Çıraq” (25 min 300) və ACE (26 min 900) platformalarından birlikdə – gündə orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 7000 barel - 2,1 faiz və ya 2 milyon barel – 2,2 faiz azalma deməkdir.Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. AÇG-nin illik iş proqramının bir hissəsi olaraq avqust ayında Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Proqram üzrə nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün platformadan hasilat təxminən 6 gün ərzində bir qədər azaldılsa da, tam dayandırılmayıb. Hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılıb.İlin üç rübü ərzində AÇG-də 12 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusunun qazıntısı tamamlanıb. Bu quyulardan biri – Şərqi Azəri platformasından qazılmış D18Z neft hasilatı quyusu, indiyədək AÇG yatağında qazılmış quyular arasında ən uzun lay təmasına malik quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyuda 2000 metrdən çox uzunluqda açıq lülə hissəsi qazılıb ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG yatağından əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.2026-cı ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçib.AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılıb və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlayıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.STQ hasilatı əməliyyatları hazırda Qırmakıaltı Qumlu lay dəstində davam edir və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.İlk STQ hasilatı quyusundan əlavə, STQ laylarının neft ehtiyatlarını hədəfləyən bir hasilat quyusu Dərinsulu Günəşli platformasından qazılıb və plana uyğun olaraq 2026-cı ilin üçüncü rübünün sonunda işə salınıb. Bu quyudan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da STQ laylarında gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.
Bu gün
2382 xəbər bu gün
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzində olub. L.Əliyeva bununla bağlı "Instagram" hesabında paylaşım edib. L.Əliyeva incəsənət mərkəzində Kamilə Muradovanın əl işləri ilə…
Kipr “Avroviziya-2027” mahnı müsabiqəsində ölkəni təmsil edəcək ifaçının adını açıqlayan ilk iştirakçı ölkə olub. Müsabiqənin rəsmi saytına istinadən, Kipri müsabiqədə yunan müğənni Corc Perris təmsil edəcək. İfaçı…
"Heç kim gözləmirdi ki, neftin qiyməti 103 dollara çatacaq”. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi…
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan saxlanılıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Onun hara aparıldığı açıqlanmayıb. Xatırladaq ki, bu səhər tezdən İstintaq Komitəsinin müstəntiqləri "Güclü…
Rusiya Fövqəladə Hallar Nazirliyi humanitar minatəmizləmə sahəsində Azərbaycana zəruri dəstək göstərməyə hazırdır. Bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri…
İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-nin dünyadakı hökmranlığının zəiflədiyini və bu prosesin sürətləndiyini bildirib. Xamenei noyabrın 4-də İranda qeyd olunan “Qlobal təkəbbürə qarşı mübarizə günü” münasibətilə…
Tanınmış animasiya filmləri rəssamı və rejissoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Rauf Məmmədağa oğlu Dadaşovdur. Sənətkar 1944-cü il noyabrın 4-də anadan olub. Belə ki, o, uzun illər ərzində milli…
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib. Bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb. Hələlik mərkəzin…
Bu gün Bakı şəhəri Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Cəfər Xəndan küçəsində “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə idarəetmədən çıxan “BMW” səkiyə çıxaraq…
"Büdcədən siyasi partiyalara ayrılan məbləğin artırılması müzakirə edilə bilər".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzində olub.
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar.
Rəhim Həsənov Misli Premyer Liqasının X turundakı "Kəpəz" – "İmişli" və "Sumqayıt" – "Şəfa" matçlarında mübahisəli hakim qərarlarını şərh edib.
ABŞ-nin Miçiqan ştatında Senata keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Abdul El-Sayed rəqibini qabaqlayır. O, ABŞ Konqresinin yuxarı palatasına seçilən ilk müsəlman ola bilər.
Rumıniya DİN Qara dənizdə "Mentor" gəmisi ilə toqquşan "Ayaz Bey" yedək gəmisindəki türk dənizçiləri xilas etmək üçün əməliyyat keçirib. Hadisənin təfərrüatları barədə məlumat oxuyun.
"Qarabağ"ın hücum oyunçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna əsas yığmasına çağırılıb. O, noyabr oyunları üçün 25 nəfərlik heyətə daxil edilib.
Füzuli şəhərində Memorial Kompleksin tikintisi həyata keçiriləcək.
Evdən iki günlük gedərkən kombini söndürmək lazımdır, yoxsa temperaturu azaltmaq? – Ustadan AÇIQLAMAQış aylarında və havaların soyuduğu dövrlərdə ev sahiblərini düşündürən məsələlərdən biri də mənzildən bir neçə gün…
Azərbaycanda 2027-ci ildə ipoteka kreditləşməsinin maliyyələşdirilməsi üçün əlavə 89 milyon manat ayrılması nəzərdə tutulur. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü…
Türkiyədə milli valyutanın ABŞ dollarına nəzərən ucuzlaşması davam edir. Bu gün birjalarda dollar/lirə məzənnəsində yeni rekord qeydə alınıb. Bir dollar 0,11 faiz bahalaşaraq 50 lirə olub. Lirənin dollara nəzərən…
“Mən indi bunu qazanıram, verirəm. Amma əlavə nəsə edə bilirəmmi?” Bu sözləri Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili “Sevilən səhər” verilişində deyib. Aparıcı İsa Şükürov aktrisanın…
Ереван не участвует в работе организации уже третий год, хотя присутствуют на еженедельных совещаниях.
Верховный лидер Ирана Моджтаба Хаменеи заявил, что результаты промежуточных выборов в США не изменят враждебного отношения Вашингтона к Тегерану. Он предупредил, что в случае новой...
В рамках проекта строительства солнечной электростанции "Шафаг" в Джебраильском районе Азербайджана по итогам третьего квартала 2026 года завершен монтаж 50% солнечных модулей. Как передает Day.Az со ссылкой на Trend, об…
В 2027 году на финансирование ипотечного кредитования в Азербайджане планируется дополнительно выделить 89 млн манатов.
İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə gəlirləri 268,9 milyon manat, xərcləri isə 319,2 milyon manat məbləğində təsdiq edilib.
В рамках международного форума "Data Protection Forum 2026", проходящего в Бишкеке, состоялся обмен экземплярами меморандума о сотрудничестве между Национальным агентством по кибербезопасности Азербайджана и…
Турецкая лира установила новый антирекорд, впервые опустившись ниже отметки в 50 лир за доллар. Со ссылкой на Ekonomim, опрошенные изданием аналитики допускают дальнейшее ослабление национальной валюты Турции. По их…
С момента начала промышленной разработки в ноябре 1997 года по конец третьего квартала 2026 года на блоке месторождений "Азери-Чираг-Гюнешли" (АЧГ) в Азербайджане было добыто около 4,7 млрд баррелей нефти. Как передает…
2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il…
В 2027 году в Азербайджане прогнозируется повышение трудовых пенсий на 7,5%. Как передает Day.Az, это предусмотрено проектом закона "О государственном бюджете Азербайджанской Республики на 2027 год", вынесенным на…
Hörmüz boğazının cənubunda, Oman sahilləri yaxınlığında neft tankeri hücuma məruz qalıb. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.
Bir çox hallarda insanlar müxtəlif problemlərlə bağlı həkimə müraciət edirlər. İstər ümumi yoxlanış, istərsə də hər hansı xəstəliyin müalicəsi üçün. Qarşılaşılan mənzərə isə həkim qəbulu qiymətlərinin müxtəlif olmasıdır…
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Tribuna.az -a Milli Hidrometeorologiya Xidmətindən…
2027-ci ildə kənd rayonlarındakı məktəblərə işə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması planlaşdırılır. Tribuna.az xəbər verir…
Ali Məhkəmənin Cinayət kollegiyasında külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxılıb. Bu barədə…
Misli Premyer Liqasının XI turu “Zəfər turu” elan edilib. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat…
Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Aleksey Batrakov UEFA Çempionlar Liqasında tarixə düşüb. “Opta” statistika agentliyinə istinadən, 21 yaşlı Aleksey Batrakov Almaniyanın “Ştutqart” komandası ilə görüşün…
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib. Qaynarinfo-ya istinadla, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb…
Azərbaycanda illərlə övlad böyüdən, onun təhsilinə, evlənməsinə və gələcəyinə pul xərcləyən valideynlərin bəziləri qocalanda gözləmədikləri vəziyyətlə üzləşirlər. Övladlar ayrı yaşayır, hər kəsin öz ailəsi və qayğıları…
Xalq artisti Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. Bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjimanı və səs uzlaşması Samir…