“Mən indi bunu qazanıram, verirəm. Amma əlavə nəsə edə bilirəmmi?”
Bu sözləri Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili “Sevilən səhər” verilişində deyib.
Aparıcı İsa Şükürov aktrisanın qazancı barədə danışaraq ona müraciət edib:
“Demisən ki, mən də, həyat yoldaşım da hər gün parkinqə 20 manat pul veririk. Bu da aya vuranda 10 günə 200, bir nəfər üçün aya 600 manat edir. İki nəfəri hesablayanda ailə ayda 1200 manat yalnız parkinqə pul xərcləyir. Demək ki, varınızdır, bunu verirsiniz”.
Aktrisanın cavabı isə belə olub:
“Mən indi bunu qazanıram, verirəm. Amma əlavə nəsə edə bilirəmmi? Soruşsan ki, “Gültac, təqaüd yaşına çatanda, işləməyəndə, evdə oturub rahat yeyə biləcəyin gəlir yerin, biznesin varmı?” Deyəcəyəm ki, İsa, yoxdur. Ona görə də hələ ki cavan qalmağa çalışıram ki, gündəmdə olum”.