Bakı, 4 noyabr, AZƏRTAC Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransının açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dövlət qurumlarının, səhiyyə müəssisələrinin, turizm sənayesinin təmsilçilərini və beynəlxalq ekspertləri bir araya gətirən konfransın əsas məqsədi Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın sağlamlıq turizmi sahəsindəki potensialından, bu istiqamətin inkişafında dövlət dəstəyinin əhəmiyyətindən və qarşıda duran prioritetlərdən bəhs edib. O, ölkənin təbii müalicəvi resurslarının, tibbi infrastrukturunun və tarixi-mədəni irsinin sağlamlıq turizmi məhsullarının şaxələndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib.Sədr çıxışında “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda sağlamlıq və müalicə turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və tibbi turizm müəssisələrinin beynəlxalq akkreditasiya imkanlarının genişləndirilməsi kimi prioritet istiqamətlərin vacibliyini vurğulayıb. Azərbaycanın sağlamlıq ənənələrinin və təbii resurslarının müasir turizm təcrübələri ilə uzlaşdırılmasının beynəlxalq bazarda rəqabətqabiliyyətli sağlamlıq turizmi məhsullarının formalaşdırılmasına töhfə verəcəyini qeyd edib.Səhiyyə naziri Anar Bayramov tibbi turizmin səhiyyə, iqtisadiyyat və beynəlxalq əməkdaşlığın kəsişməsində dayanan, geniş inkişaf potensialına malik sahə olduğunu qeyd edib. O, Azərbaycanın regional tibbi turizm mərkəzinə çevrilməsi üçün əlverişli coğrafi mövqeyinin, inkişaf edən tibbi infrastrukturunun, ixtisaslı mütəxəssislərinin və turizm imkanlarının mühüm zəmin yaratdığını bildirib.Nazir tibbi turizmin inkişafında beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin, xidmətlərin rəqabətqabiliyyətliliyinin artırılmasının və xarici pasiyentlərin ölkəmizə etimadının möhkəmləndirilməsinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumları, dövlət və özəl müəssisələr, investorlar və beynəlxalq tərəfdaşlar arasında səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib.Konfransa videomüraciət ünvanlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus tibbi turizmin inkişafı ilə yanaşı, pasiyentlərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının, tibbi xidmətlərin keyfiyyətinin və müalicədən sonrakı tibbi dəstəyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, sağlamlıq turizminin milli səhiyyə sisteminin məqsədlərini dəstəkləməli olduğunu qeyd edərək, Azərbaycanın səhiyyə və turizm sektorları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini alqışlayıb.Tədbir çərçivəsində tibbi turizmin inkişafı üzrə strateji prioritetlər, Azərbaycanın beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi və bu sahədə dövlət qurumları, səhiyyə müəssisələri və digər maraqlı tərəflər arasında koordinasiyanın əhəmiyyəti, tibbi xidmətlərin keyfiyyəti, marketinq və rəqəmsal həllərin tətbiqi mövzularında müzakirələr aparılacaq.Tədbirin ikinci günündə Azərbaycanın təbii müalicəvi resursları, Naftalan neftinin xüsusiyyətləri, tarixi istifadəsi və tətbiq sahələri, eləcə də fərdiləşdirilmiş və təcrübəyönümlü xidmətlərin inkişaf, müasir turizm bazarında sanatoriyaların mövqeləndirilməsi kimi məsələlər üzrə fikir mübadiləsi aparılacaq.Konfrans müddətində təşkil olunan sərgidə yerli və beynəlxalq təşkilatlar tərəfindən sağlamlıq turizmi və əlaqəli sahələr üzrə məhsul və xidmətlər nümayiş etdirilir. Həmçinin tədbirin ikinci günündə keçiriləcək biznes forumu çərçivəsində yerli xidmət təminatçıları ilə 30-dan artıq xarici şirkət nümayəndələri arasında biznes əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi üzrə B2B görüşlər təşkil olunacaq. Konfrans proqramında sağlamlıq turizmi sahəsində çalışan mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq xidmət keyfiyyəti standartları barədə məlumatlılığın gücləndirilməsi istiqamətində təlimin təşkili də nəzərdə tutulub. Müxbir - Fidan Əlizadə
Bu gün
2590 xəbər bu gün
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.Bu, ötən ilin…
Gürcüstan dövlət və özəl xidmətləri əhali üçün daha əlçatan etmək məqsədilə rəqəmsal platformaları və mobil xidmət mərkəzlərini inkişaf etdirir. Bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşiya Bakıda…
Avropa Komissiyası (AK) Ukraynaya 4,36 milyard avro köçürüb – bunun 3,7 milyard avrosu büdcə dəstəyi, 658 milyon avrosu isə müdafiə ehtiyacları üçün nəzərdə tutulub. Bu barədə Avropa Komissiyasının məlumatında deyilir…
Azərbaycan millisinin və Türkiyə təmsilçisi "Ərzurumspor"un futbolçusu Nəriman Axundzadə Superliqa klubunda daha çox şans qazanacağına inanır. Bunu açıqlamasında 22 yaşlı hücumçu bildirib. O, komandasının heyətində…
Qırmızı ət və bəzi quşçuluq məhsulları ilə müqayisədə balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından əhəmiyyətli üstünlüklərə malik ola bilər. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və…
Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki…
Bakı, 5 noyabr, AZƏRTAC Səmərəli liderlik yalnız yeni həllərin tətbiqindən ibarət deyil. Bu, mövcud problemlərin və maneələrin müəyyənləşdirilməsini, dövlət institutlarının vətəndaşların ehtiyaclarına uyğunlaşdırılmasını…
Bakı, 5 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll…
Bakı, 5 noyabr, AZƏRTAC Qarışıq təyinatlı məkanların inkişafında müştəri ehtiyacları ilkin mərhələdən nəzərə alınmalıdır. Biznes subyektlərinin, sakinlərin, ticarət zonalarının, ticarət mərkəzlərinin və hotel sektorunun…
Bakı, 5 noyabr, AZƏRTAC Fransa və Almaniyada, ümumilikdə Avropada baş verən etirazlar narahatlıqla doğurur. Təhsil, yaşayış xərcləri və sosial təminatla bağlı tələblərlə küçələrə çıxan insanların, xüsusilə gənclərin…
Bakı, 5 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Günü münasibətilə “AzərEnerji” ASC tərəfindən ağacəkmə aksiyası keçirilib. ASC-dən AZƏRTAC-a verilən məlumata görə, tikintisi yekunlaşan “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin…
Bakı, 5 noyabr, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynadan idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlayıb.Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ…
Bakı, 5 noyabr, AZƏRTAC Noyabrın 5-də Media və Yayım Şurasında “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.AZƏRTAC xəbər verir ki, dəyirmi masaya moderatorluq edən Media və Yayım…
Bakı, 5 noyabr, AZƏRTACSon bir həftə ərzində Pakistan həbsxanalarından azad edilən 416 əfqan məhbus vətəninə qayıdıb.AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb…
Bakı, 5 noyabr, AZƏRTAC “TIMSS ilə anlama əsaslı riyaziyyatın tədrisi” adlı metodik vəsait hazırlanaraq istifadəyə verilib. Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, metodik vəsait TIMSS…
Qahirə, 5 noyabr, AZƏRTACMisirin “Minbər əl-Təhrir” informasiya portalında Azərbaycanın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Günü – müasir Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı” sərlövhəli məqalə dərc…
Gəncə, 5 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə…
Baş nazir
Rəşad Allahverdiyev
APU-L və APU-305
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 672,8 milyon manat olub, proqnozdan əlavə 297,1 milyon manat vəsait ödənilib.
2026-cı ilin yanvar – oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat...
Mənzil qiymətlərinin artması fonunda adi ipoteka kreditinin maksimum məbləği 200 min manata, güzəştli ipoteka üzrə limit isə 140–150 min manata qaldırıla...
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.
Ardıcıl iki il ümumilikdə 270 gündən, hər il isə 90 gündən artıq Azərbaycanda olan şəxslərin vergi rezidenti hesab edilməsi təklif olunur.
Hərbi və fövqəladə vəziyyət zamanı tibbi xidmətlərə tələbat kəskin artarsa və İcbari Tibbi Sığorta Fondunun vəsaiti xərcləri qarşılamağa çatmazsa,...
Amerikalı aktrisa, Lifetime telekanalının “The Best Version of Love” (“Sevginin ən yaxşı versiyası”) televiziya filmindən tanınan Nataşa Uilson Los-Ancelesdəki parklardan birində itin hücumuna məruz qalaraq üzündən ciddi…
Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb. Gününsəsi.info-ya istinadla, Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq…
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo milli komandadakı karyerasını başa vurub. Bizim.Media xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. O, açıqlamasında Portuqaliya yığmasının…
Bu gün saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin elektron yerdəyişməsi aktivləşib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, şagirdlərin elektron…
Azərbaycanda ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlanıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura…
Xəbər verdiyimiz kimi, Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb. Gününsəsi.info-ya istinadla, Xankəndi, Ağdərə və…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 3,721 milyard ABŞ dolları təşkil edib, bu 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,765 milyard ABŞ…
Balıqçılıq və akvakultura təsərrüfatları yaradılarkən suya tələbat və mövcud ehtiyatlar əvvəlcədən qiymətləndirilməlidir. Təsərrüfatlar fəaliyyətə başladıqdan sonra su təminatı ilə bağlı müraciətlərin edilməsi suyun…
Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib.
2026-cı ilin yanvar – oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 274,2…