“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna yığmasına çağırıldı

"Qarabağ"ın cinah oyunçusu Aleksey Kaşçuk noyabr ayında keçiriləcək Millətlər Liqası oyunları üçün Ukrayna millisinə çağırılıb.

26 yaşlı futbolçu Şimali İrlandiya və Gürcüstanla oyunlar üçün 25 nəfərlik heyətdə yer alıb.

Bu, Kaşukun milli komandaya debüt çağırışıdır. O, əvvəllər yeniyetmə və gənclər komandalarında, o cümlədən 21 yaşadək komandada 13 oyunda oynayıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Aleksey bu mövsüm klub səviyyəsində beş qol vurub və bir məhsuldar ötürmə edib.