Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.
Nərimanov rayonunda yerləşən Kosmos Yaşayış Kompleksində binaların birində yanğın hadisəsi baş verib.
Hadisə şahidlərinin Bizim.Media-ya verdiyi məlumata görə əraziyə FHN əməkdaşları cəlb olunub.
Yanğın baş vermə səbəbi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.